Automobili Pininfarina şirkəti Cenevrə avtosalonunda üç ədəd Battista superkarı nümayiş etdirəcəkdir. Elektrik hiperkarları kuzovun və salonun dizayner tərtibatı həlləri ilə fərqlənəcəkdirlər.

Modellərdən birinin kuzovu Grigio Luserna rənginə boyanacaq, salon tərtibatı isə tünd-qəhvəyi və qara çalarlarda olacaqdır. Elektrokarın ikinci modifikasiyası başqa formalı kapota, xüsusi aerodinamik kuzov dəstinə, həmçinin karbondan hazırlanmış arxa antiqanada və yan güzgülərə sahib olacaqdır. Kuzovun tərtibatında Blu Iconica çalarları istifadə ediləcəkdir. Salonda isə, əsas rəng mavidir.

Üçüncü hiperkarın kuzovu isə Bianco Sestrieri rənginə boyanacaqdır. Alüminiumdan hazırlanmış kandar və əyləc supportları qırmızı rəngə boyanacaqdır. Bütün avtomobillər xüsusi sifarişlə hazırlanmış Pirelli P Zero şinləri ilə təchiz ediləcəkdirlər. Bu şinlər 21-düymlük təkər disklərinə geyindiriləcəkdirlər.

Image alt Image alt Image alt Image alt Image alt