Avropa İttifaqının Əqli Mülkiyyət üzrə bürosunun (EUIPO) bazasında Polestar 5 elektrik sedanının patent təsvirləri peyda olub. Bu təsvirlər 2024-cü ildə işıq üzü görəcək seriya elektrokarı barədə təssəvvür yaratmağa imkan verir.

Porsche Taycan, Audi e-tron GT, Tesla Model S və bənzər elektromobillərin gələcək rəqibi ümumi üslub baxımından iki bundan əvvəl nümayiş etdirilmiş Polestar Precept konseptindən elə də fərqlənməyəcəkdir. Bununla belə, seriya modeli normal arxa qapılara və ənənəvi yan güzgülərə sahib olacaqdır. Xatırladaq ki, konseptin arxa qapısı hərəkətin əksi istiqamətinə açılıq, yan güzgülərini isə kameralar əvəz edirdi.

İlk baxışdan, avtomobilin klirensinin artırıldığı, arxa tərəfdə isə baqaj hissəsinin və diffuzorunun dizaynının dəyişdirildiyi görünür. Ümumilikdə isə, hər iki avtomobil çox bənzərdir - hətta təkər disklərinin dizaynı da eynidir.

Patent təsvirlərinin arasında elektrik sedanının salonunun şəklləri yoxdur. Konseptin salonu təkrar emal materialları ilə üzlənmiş, sürücü interfeysi isə, 12,5-düymlük rəqəmsal cihazlar panelindən və məlumat-əyləncə kompleksinin 15-düymlük taçskrinindən ibarət idi. Arxada mərkəzi konsol ilə bölünən iki fərdi oturacaq quraşdırılmışdı.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Polestar 5 sedanının tamamilə yeni alüminium platformaya əsaslanacağı və ikipilləli reduktorla tandemdə çalışan 612 at qüvvəli P10 elektrik mühərrikini alacağı artıq məlumdur. Bu texnologiyalar eksklüziv qalacaqlar - onlar hətta, ana Volvo şirkəti üçün belə əlçatan olmayacaqlar. Bundan başqa, sürücü köməkçiləri dəsti elektrik sedanını üçüncü səviyyəli avtonomluqla təmin edəcəkdir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.