Volvo Cars şirkətinə məxsus olan müstəqil Polestar markası əvvəlki iki avtomobilindən əhəmiyyətli dərəcədə fərqlənəcək üçüncü modeli hazırlayır. Birincisi, bu avtomobil krossover olacaqdır (hazırda markanın model xəttində kupe və liftbek var).

 Lakin tizerə baxdıqda, örtüyün altında kupeşəkilli alçaq silueti olan avtomobil görünür. İkincisi, Polestar 3 artıq Volvo avtomobillərinə bənzəməyəcəkdir: krossover keçən ilki Precept konseptində  nümayiş etdirilmiş yeni korporativ dizayn üslubunu alan ilk Polestar modeli olacaqdır.

Polestar Precept

Üçüncüsü, yeni krossover gələcək altmışıncı və doxsanıncı seriyadan olan Volvo modellərinin əsasını təşkil edəcək böyük SPA2 platformasına əsaslanan ilk elektrokar olacaqdır.

Texniki göstəricilər hələlik  adlandırılmayıb, ancaq Polestar 3 modelinin iki elektrik mühərriki və tam ötürmə ilə təchiz ediləcəyi aydındır. Eyni zamanda, Android Automotive OS platformasına əsaslanan mediasistem və avtopilot da vəd olunur.

Polestar 3

Nəhayət, dördüncüsü,Polestar 3 krossoveri yalnız Çində deyil, həm də onun sərhədlərindən kənarda istehsal olunacaq ilk Polestar modelidir. Amerika bazarında satılacaq krossoverlər Cənubi Karolina (ABŞ) ştatındakı zavodda istehsal ediləcəkdirlər. Hazırda bu zavodda yalnız Volvo S60 sedanlarını buraxılır. Növbəti nəsil Volvo XC90 krossoverlərini də burada yığacaqlar.

Polestar 3 krossoverlərinin istehsalına 2022-ci ildə başlanacaqdır. Elektrik krossoverinin dünyavi təıqdimatı bu ilin sonuna qədər baş tuta bilər. (c) Autograph.az