Porsche 911 ailəsinin ən ekstremal üzvü olan 911 GT2 RS superkarı “Şimal ilgəyinin” final düzlüyündə 336 km/saata kimi sürətlənib. Bu zaman, avtomobilin sükanının arxasında markanın səfiri və keçmiş Formula 1 pilotu Mark Uebber olub. Bu barədə Uebber kanadanın Driving nəşrinə müsahibəsində bildirib.

Porsche şirkətində yeni 911 Gt2 RS superkarının Nürburqrinq trekini yeddi dəqiqədən yeyin qət edəcəyinə ümid edirlər. Modelin əvvəlki nəsli “Şimal ilgəyini” 7 dəqiqə 18 saniyəyə qət etmişdir.  Alman istehsalçısının buu trekdəki ən yeyin model isə Porsche 918 Spyder superhibridi olmuşdur.  Avtomobil bu işə 6 dəqiqə 57 saniyə sərf edib.

Nürburqrinqin rekordçusu isə Lamborghini Huracan Performante modelidir. Treki 6 dəqiqə 52 saniyəyə qət edən italyan superkarı final düzlüyündə 304 km/saat həddinə kimi sürətlənib.

Porsche 911 GT2 RS superkarı Qudvudda keçirilən Sürət festivalında təqdim edilib.  

Arxa çəkişli superkar 700 at qüvvəsi hasil edən 3,8-litrlik altısilindrli biturbo mühərriklə və yeddi pilləli iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilir.

Yerindən 100 km/saat həddinə yeni superkar 2,8 saniyəyə sürətlənir. Superkar yarış asqısını, tam idarələnən şassini, karbon-saxsı əyləc mexanizmlərini, 100 faizlik qapanması olan differensialı, idman rejimi olan yenidən tənzimlənmiş stabilizasiya sistemini, öndə 20-düymlük, arxada 21-düymlük təkər disklərini əldə edib.

Bu disklər müvafiq olaraq 265/35 və 325/30 ölçülü şinlərlə təchiz edilir.