Porsche 911 GT2 RS superkarı öz rekordlar siyahısına yenisini əlavə edib. Superkar Viskonsində olan Road America trekinin rekordunu qeydə alıb – 2 dəqiqə 12,17 saniyə. Bir müddət bundan öncə Road Atlanta, Willow Springs və Road America treklərinin rekordlarını qeydə alan Porsche 911 GT2 RS superkarını “Daytonanın 24 saatı” marafonun qalibi Dəvid Donayhu idarə edib.

Trekdə iki dövrə vurduqdan sonra Donahyu Road America trekinin yeni rekordunu qeydə alıb. Superkar opsional  zavod Michelin Pilot Sport Cup 2 R N0 şinləri ilə təchiz edilib. Xatırladaq ki, Porsche 911 GT2 RS modelinin dünyəvi təqdimatı Qudvudda keçirilən Sürət Festivalında baş tutumuşdu.

Arxa çəkişli superkar 700 at qüvvəsi hasil edən 3,8-litrlik altısilindrli biturbo mühərriklə və yeddi pilləli iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilir. Yerindən 100 km/saat həddinə yeni superkar 2,8 saniyəyə sürətlənir. Superkar yarış asqısını, tam idarələnən şassini, karbon-saxsı əyləc mexanizmlərini, 100 faizlik qapanması olan differensialı, idman rejimi olan yenidən tənzimlənmiş stabilizasiya sistemini, öndə 20-düymlük, arxada 21-düymlük təkər disklərini əldə edib. Bu disklər müvafiq olaraq 265/35 və 325/30 ölçülü şinlərlə təchiz edilir.