Porsche 911 sportkarının yeni səkkizinci nəslinin təqdim olunmasına baxmayaraq, paparazzilər “ova” davam etməkdə qərarlıdırlar. Səbəbidəki məlumdur: əfsanəvi sportkarin yeni nəsli yalnız kupe kuzovu ilə təqdim edilib. Məlum olduğu kimi, 911 modeli ən azından kabriolet və tarqa kuzovlarına da malik olmalıdır.

Bu günlərdə paparazzilərə belə bir modeli yaxalamaq nəsib olub – bu, yeni modelin yumşaq tavanla təchiz edilmiş Cabrio versiyasıdır. Avtomobilin cüzi kamuflyaja malik olması, azərbycanlılar demişkən, “xala xətrinə” vurulubdur. Əslində, kabriolet kuzovlu modelin dizayn və texniki cəhətdən kupedən seçilməyəcəyindən şübhə etməmək olar. Əsas fərq tavan növündə və çəkidə olmalıdır...

Image alt Image alt Image alt Image alt Image alt

Yeni Porsche 911 modeli Los Ancelesdə keçririlmiş avtosalonda debüt edib. Sportkar 450 at qüvvəsi hasil edən 3,0-litrlik altısilindrli turbomühərrik ilə təchiz edilir.  Güc aqreqatı yeni səkkiz pilləli iki muftalı robotlaşdırılmış qutu ilə tandemdə çalışır.

450 at qüvvəli arxaçəkişli kupe 100 km/saat həddinə 3,7 saniyəyə sürətlənir. Tam çəkişli Carrera 4S isə bu işə 0,1 saniyə az sərf edir. Sport Chrono dəsti sifariş edildikdə sürətlənmə zamanı 0,2 saniyə azalır. Porsche 911 Carrera S modelinin maksimal sürəti 308, Carrera 4S modifikasiyasının isə 306 km/saatdır.