992 indeksinə malik olan yeddinci nəsil Porsche 911 Carrera sportkarının bir ildən çoxdur ki təqdim olunmasına baxmayaraq, onun baza versiyalarının turbomühərriklər ilə təchiz edilməsinə daha erkən başlanıb. Porsche 911 modelinin hazırki nəsli, modelin tarixindəki müxtəlifliyi ilə seçilən ailə ola bilər: hətta, yeni modelin hibrid modifikasiyanın peyda olacağı barədə şayiələr də dolaşmaqdadır. Bununla belə, Porsche şirkətinin planlarında atmosfer mühərriklərinə qayıdış barədə heç bir məlumat yoxdur.

Artıq klassik  sxem sayılan - arxa ötürmə, atmosfer mühərriki və mexaniki transmissiyadan ibarət olan quruluş, ən azından Porsche 911 Carrera modeli üçün arxivə göndərilib. “Evo” nəşrinə müsahibə verən Porsche GT xəttinin rəhbəri Frenk-Ştefan Vallizer, sportkarın atmosfer versiyasının hazırlanmasının çox baha başa gəldiyini və onun yaradılmasına çəkilən xərclərin özünü  doğrultmayacağını bildirib - 911 Carrera alıcıları arasındakı əsl purist-mühafizəkarlar hələ də kifayət qədər deyil.

Xatırladaq ki,atmosfer mühərriki 718 ailəsində mövcuddur:  Cayman GT4 kupesi və 718 Spyder rodsteri 420 at qüvvəsinə malik olan  4,0-litrlik mühərrik ilə təchiz edilirlər. Lakin, bu aqreqatı  911 Carrera modelinin mühərrik bölməsi üçün adaptasiya etmək mümkün deyil: mühərrikin ölçüləri çox böyükdür.

Bununla belə,  Vallizer ən azından mexaniki ötürmələr qutusunu qorumaq üçün əlindən gələni edəcəyinə söz verib. Onun sözlərinə görə, mexaniki qutunun yeni sportkarda quraşdırılmasını təmin etmək üçün, yeddi dəfə direktorlar şurası ilə görüşməli olub. Ola bilər ki, gələcəkdə Porsche 911 modelində mexaniki transmissiyanın quraşdırılması mümkün olsun, lakin Frenk-Ştefan Valliser sportkarın iki pedallı avtomobilə çevriləcəyi günün gələcəyindən əmin olduğunu bildirib.