Porsche Design studiyası və Çinin texnoloji nəhəngi Honor şirkəti iki ekranlı Honor Magic V2 smartfonun RSR adlandırdıqları yeni variantını təqdim ediblər. O, avtomobil idmanına istinad edən xüsusi Porsche dizaynını və yaxşılaşdırılmış xarakteristikaları alıb.

Yeni smartfonun Çindəki satışlarına ötən ay başlanılıb: smartfon üçün təqribən 16 min yuan (3,7 min manat) tələb olunur. Digər bazarlarda qiymət, çox güman ki, daha yüksək olacaq.

Porsche Design studiyası Honor Magic V2 RSR smartfonu üçün aydın görünən mərkəzi xətti olan yeni korpusu yaradıb. Bu element 911 sportkarının kapotunun formasını xatırlatmalıdır. Bundan başqa, alman dizaynerləriu kameralar bloku üçün trapesiyaşəkilli titan çərçivəni də hazırlayıblar. Tünd Agate Grey rəngi Porsche palitrasından götürülüb.

Honor şirkəti bu sahədə tətbiq edilən ilk nanokristal örtük sayəsində telefonun cızıqlara qarşı daha davamlı olduğunu bildirir. Smartfonun çəkisi sənaye üçün minimum sayılan 234 qram, qalınlığı isə, 9,9 millimetr təşkil edir. Magic V2 iki OLED ekrana malikdir - 1,07 milyard rəng nümayiş etdirə bilən qatlanan 7,92 düymlük və 6,43 düymlük xarici ekran.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Smartfonun xüsusi versiyası üçün Honor kameraları da təkmilləşdirib:  Magic V2 RSR modeli 50 meqapiksellik əsas kameraya, eyni təsvir ölçüsü olan ultragenişbucaqlı kameraya və 20 meqapiksellik teleobyektivə malikdir.

Smartfon V2 Qualcomm Snapdragon 8 Gen 2 prosessoru ilə işləyir. RSR modeli standart smartfondakı 512 giqabat əvəzinə 16 giqabayt operativ və bir terabayt quraşdırılmış yaddaşa malikdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.