Porsche şirkəti keçən əsrin 60-90-cı illərində buraxılmış klassik 911 idman avtomobillərinin sahiblərinə müasir media sistemi və naviqasiyanı təklif edir. Kompleks Apple CarPlay tətbiqini dəstəkləyir və o dövrün modellərindəki kimi analoq düymələri ilə təchiz edilir.

Image alt Image alt Image alt Image alt

Porsche Classic Communication Management sistemi iki versiyada - ölçüləri ilə fərqlənən DIN-1 və DIN-2 bölmələri üçün təklif edilir. Hər iki halda rəngli sensorlu ekran və rəqəmsal yayımı dəstəkləmək üçün DAB + və Bluetooth funksiyaları nəzərdə tutulub.

Media sisteminin qiyməti, versiyadan asılı olaraq, 1439.89 avro və ya 1.606.51 avro olacaqdır.