Porsche şirkəti Panamera modelinin çeşidinə yeni Platinum Edition versiyasını daxil edib. Dizayner eksteryerinə və geniş avadanlıq siyahısına malik olan Platunium versiyası standart olaraq adaptiv asqı, avtomatik uzaq işıqları, döngə və yolayrıclarının işıqlandırması olan matrisa fənərləri, habelə Satin Gloss Platinum rənginə boyanmış 21-düymlük Exlusive Design Sport diskləri ilə təchiz edilir.

Xüsusi versiyanın adındakı Platinum kəlməsi təsdüfən seçilməyib: belə yarı parlaq çalara təkcə təkər diskləri deyil, həm də ön qanadlardakı kəsiklərin örtükləri, loqotiplər və emblemlər, habelə e-hybrid (Panamera 4 E-hybrid versiyası seçildikdə) yazısı boyanır. Platinum tərtibatı Panamera, Panamera 4, Panamera 4 E-Hybdrid, habelə Sport Turismo universalları (Avropada) və uzunbazalı Executive (Çində) modeli üçün təklif olunur.

Üstəlik, Panamera modeli üçün nəzərdə tutulmuş opsiyaların əksəriyyəti Platimun Edition versiyasının standart təchizatına daxil edilib. Bunlar PASM adaptiv asqısı, PDLS Plus matrisa fənərləri, avtomatik tündləşən güzgülər, panoram dam, çıxış borularının qara rəngli örtükləri, tünd şüşələr, pəncərələrin qara parlaq rəngli haşiyəsi və arxa kamerası olan parkinq köməkçisidir.

Hibridlər üçün əlavə olaraq 3,6 kilovatlıq yükləmə qurğusunun əvəzinə 7,2 kilovatlıq qurğu nəzərdə tutulub. Liftbek standart olaraq 21-düymlük Exclusive Design Sport diskləri ilə təklif edilir. 20-düymlük Panamera Style diskləri opsiyadırlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bundan başqa, Panamera Platinum Edition modeli GT idman sükan çarxını, qapıların çəkilməsi sistemini, arxa cərgənin qızdırılmasını, Bose Surround Sound səs sistemini, tənizmlənmələri və yaddaşı olan oturacaqları, habelə cilalanmış alüminiumdan dekoru və analoq saatını əldə edib.

Porsche Panamera Platinum Edition modelinin təqdimatı 17 noyabrda Los Ancelesdə keçiriləcək avtosalonda baş tutacaqdır. Avtomobillərin çatdırılmasına gələn ilin yanvarında start verləcəkdir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.