Bu günlərdə YouTube kanalındakı Automotive Mike adlı istifadəçi Porsche Taycan elektrokarının testləri zamanı çəkilmiş görüntüləri dərc edib. Videoçarxda çəkilmiş avtomobilin arxa bamperində quraşdırılmış səsboğucu sistemin çıxış borularının quraşdırıldığı da görünür. Lakin, bu sizi yanıltmasın – bu borular saxtadır.

InsideEVs saytının yazdığına görə, Porsche Taycan Carrera, Carrera S və Turbo versiyalarında təklif ediləcəkdir. Modifikasiyalar 400 - 600 at qüvvəsi arasında gücə malik olacaqdırlar. Bu günə alman istehsalçısı 600 at qüvvəli iki mühərrikli modifikasiyanın buraxılacağını rəsmən təsdiq edib. Bu model 100 km/saat həddinə 3,5 saniyəyə sürətlənəcəkdir. Belə modifikasiyanın yürüş məsafəsi 500 kilometr olacaqdır. Taycan modelinin batareya yüksək sürətli yükləməni dəstəkləyəcəkdir. batareyanın 80% 15 dəqiqəyə doldurmaq mümkün olacaqdır.