Bu gün Taycan Forum saytı Porsche Taycan elektrokatının interyerinin cəsus fotoşəkillərini dərc edib. Alman markasının ilk elektrokarının salonu 2016-cı ildə nümayiş etdirilmiş Mission E konsept avtomobilinin üslubunda dizayn edilibdir.

Seriya və konsept avtomobilləri bənzər mərkəzi konsola, erəqəmsal cihazlar panelinə və ön paneldəki displeylərə malikdirlər. Xatırladaq ki, Porsche Taycan modelinin kütləvi təqdimat mərasimi bu ilin payızında Frankfurtda keçiriləcək avtosalonda baş tutacaqdır.

Bir müddət bundan öncə Porsche şirkətinin rəhbəri Oliver Blyum Taykan modelini İsveçdəki Aryepluq poliqonunda sınaqdan keçirib və avtomobilə heyran qaldığını bildirib. Blyum mühəndislərin şassinin optimal tənzimləmələrini seçdiklərini və elektrokarı ənənəvi güc aqreqatları olan Porsche avtomobillərinə bənzər etdiklərini bildirib. Yüksək tələbatı nəzərə alan Porsche şirkəti planlaşdırılan istehsal həcmini artırmaq məsələsinə baxır. 

Eyni zamanda, Blyum Taycan modelini müxtəlif həcmləri batareyaları olan iki versiyada təklif ediləcəyini bildirib.  İlkin olaraq bazara güclü modifikasiya çıxarılacaqdır. Kiçik həcmli batareya ilə təchiz edilən Taycan modelinin qiyməti 100 min avro təşkil ediləcəkdir. Porsche Taycan modelinin bazasında Cross Turismo elektrik kross-universalı inşa ediləcəkdir. Bu modelin istehsalına 2020-ci ildə başlanacaqdır. 

Porsche Mission E Concept