Bu ilin fevralında təqdim olunmuş yeni Porsche 911 GT3 modeli opsional Touring dəstinə sahib olub. Əvvəlki nəsildə olduğu kimi, bu dəst təmkinli görünüşə üstünlük verən şəxslərə ünvanlanıb və Touring dəsti üçün əlavə pul ödəməyə ehtiyac yoxdur.

Touring Package dəstinə malik ola kupe, adi 911 GT3 modeli ilə eyni mühərrikə, transmissiyaya, asqıya, təkər disklərinə və şinlərə malikdir. Xatırladaq ki, kupe 510 at qüvvəsi və 470 Nm fırlanma anı hasil edən 4,0-litrlik mühərrik ilə təchiz edilir.

Mühərrik ilk dəfə olaraq, yeddi pilləli iki muftalı “robot” ilə birlikdə təklif olunur: əvvəlki Touring yalnız altı pilləli mexaniki transmissiya ilə əlçatan idi - indi bu qutu pulsuz opsiyadır. Ancaq ABŞ-ın Kaliforniya ştatında Porsche 911 GT3 Touring modeli yalnız PDK “robotu” ilə təklif ediləcəkdir.

Touring Package dəstinin əsas vizual fərqi arxa antiqanadın olmamasıdır. Onun əvəzinə avtomatik olaraq yuxarı qalxan arxa spoyler quraşdırılır. Bundan əlavə, belə dəstə malik olan avtomobil xüsusi radiator barmaqlığı, pəncərə haşiyələri və buraxılış sisteminin çıxış borularının tərtibatı, habelə mühərrik bölümünün qapağındakı GT3 touring nişanı ilə seçilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Salon tərtibatında qara dəridən daha çox istifadə edilir. Bununla belə, oturacaqların mərkəzi hissəsi parça ilə örtülür, baş dayaqlarına isə Porsche loqosu vurulur. Kandarlar, cihazlar paneli və mərkəzi konsolda qara alüminiumdan dekor mövcuddur.

Touring dəsti ilə birlikdə, Porsche adi 911 GT3 modeli üçün demək olar ki, mövcud olan bütün avadanlıqları təklif edir: Porsche Dynamic Light System Plus sistemi olanLED ön fənərlər, karbon-keramik əyləclər, Smart Front Axle Lift, müxtəlif sürücü köməkçiləri, premium Bose akustikası və xüsusi xronoqraf. (c) Autograph.az