2012-ci ildə yaradılan Puritalia Automobili firması Cenevrə avtosalonunda Berlinetta adlı superkarı nümayiş etdirməyi planlaşdırır. Karbon kuzova malik olacaq avtomobili istehsalçı ən güclü italyan hibrid superkarı adlandırır. Superkarı «süni intellektin bazasında yaradılan sürüş üslubunu təhlil edən bulud sistemi» təchiz etmək planlaşdırılır. Puritalia Berlinetta modeli 150 nüsxəlik məhdud saylı tirajla buraxılacaqdır.

Pirutalia Berlinetta modelinin şassisi karbon və alüminium ramaltılardan ibarət hibrid quruluşa malik olacaqdır. Avtomobillərin kuzov panelləri öncədən hopdurmalı karbon təbəqələrindən hazırlanır. bütün kompozit materialların hazırlanmasına 800 saat sərf edilir. Bundan başqa, superkar çəkinin oxlar arasında ideal şəkildə bölünməsinə malikdir - 50:50.

Berlinetta modelinin hibrid güc qurğusu öndə quraşdırılmış V8 mühərrikinə və elektromotordan ibarətdir. Güc qurğusunun ümumi hasilatı 965 at qüvvəsi və 1248 Nm təşkil edəcəkdir. eMozione sistemi qısa müddət ərzində elektromotorun fırlanma anını 370 Nm qədər artıra bilər. Superkarın təchizatına sürüş üslubuna görə elektrik enerjisini bölüşdürən Purhydrive sistemi, səs komandalarını dəstəkləyən və smartfondan idarə etmək imkanı verən Digital-DNA kompleksi, modul səsini elektronika tərəfindən idarə edilən və aktiv çəpərcikləri olan titan səsboğucu sistemi daxildir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Puritalia Automobili 2014-cü ildə 427 rodsterini təqdim etmişdi. Shelby Cobra klassik rodsterindən ilham alınaraq yaradılmış sportkar 5,0-litrlik səkkiz silindrli Ford mühərriki ilə təchiz edilirdi. Mühərrik 445 və 605 at qüvvəli variantlarda təklif edilirdi. Güc aqreqatı altı pilləli mexaniki qutu ilə tandemdə çalışırdı.