Daha bir məşhur avtomobil tədbiri koronavirusun qurbanı olub. Bu dəfə söhbət Britaniyanın Qudvud şəhərində keçirilən Sürət festivalından gedir.

Qudvudda keçirilən festivalda tarixi yarış avtomobilləri, yeni superkarlar və dizayner modelləri təpəyə çıxma yarışlarında iştirak edirlər. Bu il festivalı 9-12 iyul tarixlərində keçirilməli idi. Lakin, festivalın təşkilatçıları tədbiri təxirə salmaq qərarına gəliblər. Səbəb isə məlumdur - dünyanı caynağına almış koronavirus pandemiyası.

Təşkilatçıların yaydığı bəyənatda tədbirin başqa vaxta keçirilməsi üçün aradırmalar apardıqlarını bildiriblər. İlkin olaraq, tədbirin yayın sonunda və ya payızın əvvəlində keçirilməsi planlaşdırılır. Satılmış biletlər yeni tarixdə də qüvvədə olacaqdırlar.