Ram şirkəti 1500 seriyasından olan pikaplar üçün hazırladığı yeni opsiyanı təqdim edib. Multifunction Tailgate adlandırılan yük bölümünün qapısını dörd üsulla açılır.

Arxa bortu yük meydançası ilə eyni səviyyədə bütöv şəkildə aşağı qatlamaq, həmçinin 60:40 nisbətində taybatay açmaq mümkündür. Arxa qapının hər bir hissəsini 90 dərəcəyə açmaq imkanı vardır. Bundan başqa, bortun «əllərsiz» açma funksiyası da mövcuddur.

Mürəkkəb konstruksiyasına malik olmasına baxmayaraq, qapı 907 kiloqramam qədər yükü saxlamaq qabiliyyətinə malikdir. Opsiyanın qiyməti 995 dollar təşkil edir. Çıxan ayaqaltıları üçün isə 295 dollar ödəmək gərəkdir.  

Image alt Image alt Image alt Image alt