Range Rover şirkəti ilk dəfə olaraq, Velar modelinin modifikasiya çeşidinə “qaynar” HST versiyasını əlavə edib. Evoque və Range Rover Sport modellərinin eyniadlı versiyalarının uğuru Britaniya istehsalçısını Velar modelinin də HST versiyasını yaratmağa sövq edib. Velar HST modifikasiyası iki mühərriklə təklif olunur: 300 at qüvvəli 3,0-litrlik dizel və 400 at qüvvəli benzin.

Range Rover Velar HST

Range Rover Velar HST modeli 300 Sport və 400 Sport versiyalarında olan Jaguar F-Pace krossoveri ilə eyni mühərrikləri bölüşür. Bu, dəyişən həndəsəli iki turbokompressor və 48 voltluq kəmərli startyor-generator ilə təchiz edilmiş 3,0-litrlik dizel (300 at qüvvəsi, 650 Nm), habelə bir twin-scroll turbini və elektrik kompressoru olan 3,0-litrlik  (400 at qüvvəsi, 550 Nm) altısilindrli benzin mühərrikidir. Hər iki güc qurğusu səkkiz pilləli “avtomat” ilə tandemdə çalışır.

Range Rover Velar Edition

HST krossoveri R-Dynamic S təchizatına əsaslanır, qara damı, tamamilə qara eksteryer tərtibatı, qara rəngli 21-düymlük təkər diskləri ilə seçilir. Range Rover şirkəti Velar HST modeli üçün kuzovun eksklüziv Arroios Grey kuzov rəngini təklif edir, lakin avtomobili istənilən başqa rəngə boyamaq da olar. Bundan başqa, krossover mikrofibrə ilə üzlənmiş tavan və sükan çarxına, habelə sürüşərək açılan panoram dama malikdir. Adaptiv amortizatorları olan pnevmatik asqı da Velar HST modelinin standart təchizatına daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Velar modelinin modifikasiya çeşidində HST versiyası ilə yanaşı, R-Dynamic SE təchizat səviyyəsinə əsaslanan Edition versiyası da peyda olub. Velar Edition modeli də panoram dam, tündləşdirilmiş şüşələr, qara dekora və qara təkər diskləri ilə təklif olunur, lakin onların diametri 20 düymdür. Velar ailəsindəki başqa bir yenilik Amazon Alexa səs köməkçisini dəstəkləyən Pivi Pro multimedia sistemidir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.