Range Rover Velar krossoveri bir il bundan əvvəl yenilənib. Buna görə də, şirkət kiçik dəyişikliklərlə məhdudlaşıb və modelin çeşidini genişləndirib. Məsələn, nümayiş üçün hazırlanmış krossoverin boyandığı gözəl Tourmaline Brown rəngi də daxil olmaqla, rəng palitrasına SV Bespoke kolleksiyasından olan 14 yeni çalar əlavə edilib.

Krossoverin təchiz edildiyi Pivi və Pivi Pro mediasistemləri "havada" uzərindən yeniləmə funksiyasını, habelə Apple CarPlay və Android Auto simsiz interfeyslərini əldə ediblər. Velar krossoveri təkmilləşdirilmiş Cabin Air Purification Plus hava təmizləyicisini alan ilk Land Rover modeli olub.

PM2.5 filtrinin eyni olsa da, iş alqoritmləri təkmilləşdirilibdir. Məsələn, səyahətdən əvvəl qabaqlayıcı hava təmizləməsini proqramlaşdırmaq olar, havalandırma sisteminin işləmə intensivliyi bayırdakı və sərnişin bölməsindəki karbon qazı sensorlarının məlumatlarına əsasən avtomatik olaraq dəyişir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Nəhayət, R-Dynamic S modifikasiyasına əsaslanan Auric Edition yeni xüsusi versiyası peyda olub. Xüsusi modifikasiyanın əsas xüsusiyyətləri radiator barmaqlığı, emblem və ön qanadlardakı qızılı dekor, habelə gümüş rəngli 20-düymlük təkər diskləridir. İnteryerdə "qızıl" elementlər yoxdur. 2022-ci modeli ilinin Range Rover Velar krossoverini artıq mövcud olan bütün mühərriklərlə sifariş etmək olar.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.