Renault şirkətinin şef-dizayneri Jil Vidal Austral krossoverinin yaradılması haqqında danışıb. Onun sözlərinə görə, yeni krossoverə premium seqmentindən olan müasir və nəfis avtomobilin görünüşünü verməyə çalışıblar. Məsələn, Austral qeyri-adi işıq texnikasına sahib olub: fənərlərin gövdəsi üzərində naxışlar olan orqanik şüşədən hazırlanır. LED işıqlar yanan zaman, oyulmuş xətlər rənglərini dəyişərək, “canlı” naxış yaradırlar.

Renault nümayəndələri Austral modelni “C-sinifindən olan zərif və texnoloji krossover” kimi səciyyələndirirlər. Krossover fransız markasının yeni firma üslubunu alan, lakin aktual model xəttinin xarakterik cizgilərini qoruyub-saxlayıb.

“Austral modelində parlaq dizayn elementlərindən istifadə edilib ki, bu da dinamik və zərif görünüşü yaradır, - Vidal bildirib. - Biz kuzovun panelləri arasındakı məsafəni azaltdıq və detalların yerləşdirilməsini yaxşılaşdırdıq ki, bu da yeni baxışı yaradır”.

Yeni modelin eksteryerin xüsusiyyətlərindən biri kuzovun aşağı hissəsindəki kəskin çıxışdır. Bu çıxış ön hissədə iti hala gələrək, “dinamik siuleti” qeyd edir. Yuxarıda adını çəkdiyimiz fənərlər isə, loqotiplərə uzanan C-şəkilli işıq bloqlarından ibarətdir.

Zahiri cəhətdən Austral modeli Renault Megane E-Tech elektrik krossoverinə bənzər olacaqdır. Lakin “Cənublu” daha hündür kuzova və ənənəvi qapı dəstəklərinə sahib olacaqdır. “Qacar” modelinin formatı qorunub saxlanacaqdır: yeni model C sinifindən olan beşyerli krossoverdir, lakin onun uzunluğu 4,45 metrdən 4,5 metrə qədər artacaqdır. Hətta Nissan ilə texniki bənzərlik də qorunacaqdır, çünki Austral üçüncü nəsil Qashqai modelindən götürülmüş modernləşdirilmiş CMF-CD3 platformasına əsaslanacaqdır.

Renault Austral modelinin mühərrik çeşidinə müxtəlif mürəkkəblik dərəcəsinə malik olan hibrid güc qurğuları daxil ediləcəkdir. Baza krossoveri 12-voltluq startyor-generatoru olan 1,3 Tce turbomühərriki ilə təklif olunacaqdır. Növbəti hibrid 1,2 TCe və 48-voltluq startyor –generatorun tandemidir. Çeşidin ən yüksək pilləsində isə 200 at qüvvəli tam ölçülü E-Tech hibridi qərarlaşacaqdır.

Renault Austral modelinin bu ilin yazında debüt edəcəyi gözllənilir. Təxmnən bir il sonra daha iri Koleos modelinin varisi debüt etməlidir. Çox güman ki, bu krossoverə də yeni ad veriləcəkdir. 2024-cü ildə isə ailənin üçüncü modeli işıq üzü görməlidir – bu, cari model çeşidində bənzəri olmayan  RHN kod adlı kupeşəkilli krossoverdir. Hər üç krossover hazırda Kadjar modelinin buraxıldığı Palensiya (İspaniya) şəhərindəki zavodda istehsal ediləcəkdir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.