Renault şirkətinin rəhbəri Luka de Meo, gələn ilin yanvar ayında Renault-Nissan-Mitsubishi alyansına fransiz markasının "Renaulution" adlandırılan yenidən qurulması planını təqdim edəcək.

Automotive News Europe nəşrinin Renault şirkətinin daxilindəki mənbələrinə istinadən verdiyi məlumata görə, marka rəhbəri 14 yanvar 2021-ci ildə Renault-Nissan-Mitsubishi alyansının rəhbərliyinə yenidən qurulma və gələcək inkişaf planını təqdim edəcək. 2020-ci ilin iyulunda Renault şirkətinə rəhbərlik edən italyan Luka de Meo proqramı "Renaulution" adlandırıb. Proqrqamın əsas prioriteti xərclərə qənaət olacaq - marka bütün qeyri-rentabelli istiqamətlərə və texnologiyalara yatırımlardan imtina edəcəkdir. Luka de Meonun fikrincə bu texnologiyaları yapon tərəfdaşlarından almaq olar.

Proqrama əsasən, 800 milyon avroya qənaət etmək və 1500 iş yerini ixtisara salmaq nəzərdə tutulur. Renault model xəttini də təxminən 30% azaldılması planlaşdırılır. Lakin, bu satışlarda azalma ilə nəticələnməli deyil. De Meonun hesabalamalıra görə, növbəti onilliyin ortalarına qədər şirkət C seqmentindəki satışları ümumi satışların ən azı 25 faizini təşkil etməlidir. Nəhayət, top menecer Renault şirkətinin texnologiyaları satın almaqdan imtina edib, öz mühəndis tədqiqatlarına və işləmələrinə diqqət yetirmək niyyətindədir.