Renault şirkəti Logan modelini əvəz edəcək Taliant sedanı ilə bağlı yeni detalları açıqlayıb. Markanın Türkiyə nümayəndəliyi yeni sedanın interyerini və eksteryerinin bəzi detallarını göstərərək, onun ümumi ölçülərini açıqlayıb.

Türkiyə üçün nəzərdə tutulmuş Renault Taliant modelinin salon arxitekturası yeni Dacia Logan sedanı ilə eynidir, lakin büdcə sedanları bəzi detallar ilə fərqlənirlər. Məsələn, Taliant modelinin baza versiyaları əl əyləcinin ənənəvi dəstəyini qorusa da, Avropada satılan bütün Logan modelləri standart olaraq elektromexaniki əl əyləcinə keçiblər.

Ayrıca, qapı kartları, ön panel və sükan çarxı da dəyişdirilib. Havalandırma sisteminin deflektorları fərqli dizayna malikdirlər və iqlimə nəzarət sisteminin şaybalarındakı ekranlar yoxa çıxıblar. Bununla belə, məlumat-əyləncə kompleksi sadələşdirilməyib: Taliant modeli Apple CarPlay dəstəyi olan 8-düymlük genişformatlı planşeti və telefon dəstəyinin altındakı rahat USB çıxışını saxlayıb.

Renault Taliant modelinin qabaritləri Logan modeli ilə eynidir. Sedanın uzunlıuğu 4396 millimetr, eni - 1848 millimetr, hündürlüyü - 1501 millimetr, təkər bazasının genişliyi isə 2649 millimetrdir. Yeni modelin eksteryer dizaynını açıqlayan şəkillər bir ay bundan əvvəl dərc edilsə də, Türkiyə nümayəndəliyi avtomobilin optikasının yaxın görüntülərini yayımlayıb. Avropda satılan Logan və Sandero modelləri üçün LED işıq texnikası təklif edilsə də, Taliant belə texnikadan məhrumdur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Renault şirkətinin Türkiyə nümayəndəliyi yeni büdcə sedanının mühərrikləri barədə ayrıca məlumat verəcəkdir. Artıq bildiyimiz kimi, Renault Taliant modeli müasir CMF-B arxitekturasına əsaslanır və onun top versiyalarında 5-pilləli mexaniki ötürmələr qutusunun əvəzinə 6-pilləli transmissiya quraşdırılacaqdır. İkipedallı Taliant sedanının X-Tronic variatoru ilə təchiz ediləcəyi də təsdiqlənib.

Renault Taliant modelinin Türkiyədəki satışlarına yayda başlanacaqdır. Bu səbəbdən də, yeni model ilə bağlı bütün detallar mayın sonuna qədər açıqlanacaqdır. Bundan sonra, Taliant modeli Braziliya bazarında debüt etməlidir.