Kaliforniyada yerləşən Rezvani şirkəti öz tarixində olan ən güclü superkarı təqdim edib. Rezvani Beast Alpha X Blackbird modeli səsdən sürətli strateji Lockheed SR-71 Blackbird kəşfiyyatçı təyyarəsinə həsr edilib. Xatırladaq ki, avtomobilin dizaynını həmyerlimiz Samir Sadıxov hazırlayıb.

Hər birinin dəyəri 225 min dollar olan superkar 710 at qüvvəsi hasil edən 2,5-litrlik turbomühərrik ilə hərəkətə gəlir. Mühərrik Carillo və Coswoth şirkətlərinin yarış komponentlərindən istifadə etməklə sıfırdan yaradılıb. Güc aqreqatı altı pilləli mexaniki və ya Rezvani firmasının sekvental transmissiyası ilə təchiz edilə bilər. Superkar yerindən 60 mil/saat (96 km/saat) həddinə 2,9 saniyəyə sürətlənir.

Beast Alpha X modelinin konstruksiyasında karbondan geniş istifadə edilir. Kompozit materiallardan kuzov panelləri, qapı üzlükləri və salonun digər elementləri hazırlanmışdır. Superkarın çəkisi 952 kiloqramdır. Rezvani Beast Alpha X Blackbird modelinin təchizatına Sidewinder qapıları, çıxarılan tavan, 18-düymlük təkər diskləri, karbon-saxsı əyləc mexanizmləri və işıqdiodlarından optika daxildir.

Standart Beast Alpha modeli Blackbird modifikasiyasından yüngül çəkisi ilə fərqlənir - 885 kiloqram çəkiyə malik olan avtomobil daha zəif mühərrikə malikdir. Beast Alpha 500 at qüvvəsi hasil edən Rotex kompressoru quraşdırılmış 2,4-litrlik Honda mühərriki ilə hərəkətə gəlir.

Yerindən 100 km/saat həddinə avtomobil 3,2 saniyəyə sürətlənir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt