Britaniyanın RML Group mühəndislik şirkəti Aston Martin Vulcan trek avtomobilini ümumi yollarda istismarına icazə verilən avtomobilə çevirib. Superkarı jurnalistlərə göstəriblər. Onlar da modelin şəkili ilə Twitter sosial şəbəkəsində bölüşüblər.

Şəkillərdən göründüyü kimi avtomobil yeni kapota və ön fənərlərə sahib olub. Vulcan modelinin orijinal işıqları isə gündüz hərəkət işıqlarını əvəz edib. Artıq avtomobilin dönmə işıqları vardır və onun arxa fənərləri şəffaf plastiklə örtülüb. Texniki cəhətdən avtomobil dəyişilməz qalıb. Mühərrik və ötürmələr qutusu ümumi yollarda hərəkət üçün xüsusi tənzimləmələrə malik olub.

Superkar avtomobil sənayesinin klassik ənənələrinə (öndə yerləşmiş mühərrik və arxadan çəkişli ötürmə)  uyğun hazırlanmışdır. Aston Martin Vulcan  karbondan hazırlanmış monokokla və gücü 820 at qüvvəsi olan 7,0-litrlik V12 mühərriki ilə təchiz edilmişdir. Güc aqreqaı altı pilləli Xtrac sekvental sürətlər qutusu ilə birlikdə çalışır.

Aston Martin Vulcan modeli tənzimlənən amortizatorları və köndələn sabitlik stabilizatorları olan asqı sistemi, arxa oxda olan yüksək sürtünməli differensialla, karbon-saxsıdan hazırlanmış Brembo əyləc mexanizmləri, AP Racing pedal qovşağı, Recaro yarış oturacaqları  və Cosworth firması tərəfindən hazırlanmış idarəetmə elektronikası ilə təchiz edilmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt