Roewe RX5 ailəsinin populyarlığını itirməsinə baxmayaraq, hələlik Çin bazarında ən çox satılan krossoverlərdən biri olaraq qalır: keçən il 167 min krossover alıcısını tapsa da, ən uğurlu 2017-ci ildə RX5 modeli 238 minlik tirajla satılmışdı. RX5 modelinin baza versiyası artıq o qədər də geniş miqyası olmayan plan üzrə yenilənmədən keçib. Lakin iki il əvvəl bu ailədə daha iri Roewe RX5 Max modeli peyda olub və onun təkmilləşdirilməsi daha ciddi xarakter daşılyır.

İndi modelin dizayner konsepsiyası tamamilə başqadır və ön tərəfin ikimərtəbəli tərtibatı krossoveri daha aqressiv edib. Demək olar ki, qapılar da daxil olmaqla, kuzovun bütün xarici panelləri dəyişdirilib. İndi qapıların ənənəvi dəstəklərinin yerində “gizlənən” tutacaqlar quraşdırılır.  Bundan başqa, yeni işıq texnikası peyda olub, bamper və yan güzgülərin isə dizaynı dəyişdirilib. Yeni kuzov dəsti sayəsində krossoverin uzunluğu 29 millimetr (4676 millimetr) artıb, eni isə əksinə, 16 millimetr (1875 millimetr) azaldılıbdır.

Krossoverin interyeri tamamilə yenidir: dizaynerlər mərkəzi konsolu tamamilə tutan şaquli planşetdən imtina ediblər: indi, ön paneldə günlüyü olmayan iki birləşdirilmiş ekran mövcuddur. Hər iki ekran 12,3 düym ölçüyə malikdir: onlardan biri virtual cihazlar panelinə, ikincisi isə, mediasistemə, klimat-kontrola və digər tənizmləmələrə cavabdehdir. Hətta, qəza işıqlarının düyməsi də daxil olmaqla qalan düymələr sensorludurlar. Yeni opsiya - elementləri bütün salona səpələnmiş işıq musiqisi olan Bose audio sistemidir.

Yenilənmiş Roewe RX5 Max modeli üçün hələlik bir mühərrik bəyan edilib – bu, gücü 172-dən 181 at qüvvəsinə qədər artırılmış 1,5-litrlik dördsilindrli turbomühərrikdir. Güc aqreqatını 6-pilləli mexaniki ötürmələr qutusu və klassik “avtomat” ilə təchiz etmək olar. Restaylinqdən əvvəlki krossover 231 at qüvvəli 2,0-litrlik turbomühərrik və 6-pilləli TST “robotu” ilə də təchiz edilirdi və yalnız belə variant tam ötürməyə malik idi.

Şirkət nümayəndələri yenilənmiş Roewe RX5 Max modelinin daha çox gənc alıcıları cəlb edəcəyini  gözləyir. Yenilənmiş krossoverin satışlarına payızın sonuna qədər başlanmalıdır. Hazırda aktual Roewe RX5 Max modeli Çində 18.600 dollardan başlayan qiymətlərlə satılır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.