Rolls-Royce şirkəti bayraqdar Phantom sedanının eksklyuziv qırmızı kristal çalarına malik olan Magma Red rənginə boyayıb. Rəngin dolğunluğunu və işıqlanma effektini əldə etmək üçün, kuzovu büllur hissəciklərinə malik olan beş lak qatı ilə örtüblər. Hər bir qat əllə beş saat cilalanıb. Xüsusi sedan britaniya markasının 115 illik yubileyinə həsr edilib.

Xüsusi Phantom sedanının hazırlanması Qudvudda fəaliyyət göstərən Bespoke Collective dizayn bürosuna həvalə edilib. Yeganə nüsxədə buraxılmış sedan qeyri-adi eksteryeri ilə yanaşı, əl ilə yaradılmış salona da məxsus olub. Salon tərtibatında doqquz müxtəlif dəri növündən istifadə edilib.  Salonun xüsusi elementi isə altı qat lakla örtülmüş ağac dekor elementləridir.

Sükan çarxını və sükanaltı dəstəklərini “Arktika ağı” rəngində olan oturacaqlar və qapı xəritələrindən seçilməsi üçün, qırmızı rəngli  dəri ilə örtülüblər. Bundan başqa, açar, oturacaq başlıqlarındakı loqotiplər  və arxa otuaracaqların naxışlarının haşiyəsi də qırmızı rəngdədirlər. Tavandakı ulduzlu səma effektinin yaradılmasına 1600 ədəd qırmızı işıqdiodları cavabdehdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Unikal Rolls-Royce sedanı Phantom modelinin qısa bazalı versiyasının əsasında inşa edilib. Texniki cəhətdən dəyişiklik yoxdur: sedan 571 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 6,75-litrlik V12 mühərriki və 8-pilləli “avtomat” ilə hərəkətə gəlir. 100 km/saat həddinə sedan 5,3 saniyəyə sürətlənir.

Xüsusi sedanın qiyməti RM Sotheby’s hərrac evinin onlayn hərracında müəyyən ediləcəkdir. 4-13 dekabr tarixlərində keçiriləcək hərracda Rolls-Royce Phantom Magma Red modelinin satışından əldə edilən vəsait Qlobal QİÇS-lə mübarizə fonduna köçürüləcəkdir.