Rolls-Royce şirkəti 50 unikal avtomobildən ibarət kolleksiyanı buraxacağını bəyan edib. Bu kolleksiya Rolls-Royce Chost modelinin cari nəslinin istehsalının başa çatmasına həsr olunub.

Rolls-Royce Ghost modeli britaniya markasının tarixində olan ən uğurlu avtomobil sayılır. Lakin, artıq 10 ildir ki buraxılan modelin nəsil dəyişdirmək vaxtı gəlib çatıb.  Bu səbəbdən də, Rolls-Royce şirkəti aktual Ghost modelinin tarixə qovuşmasını Zenith kolleksiya nəşri ilə qeyd etmək qərarına gəlib. İstehsalçı bu kolleksiyaya daxil olan modellərdə «fərdiləşdirmənin misilsiz səviyyədə» olduğunu bildirib. 

Hər bir avtomobilin mərkəzi konsolu unikal incəsənət əsərinə sahib olacaqdır. Bu, Ghost modelinin carçısı olan Rolls-Royce 200EX konseptinin firma çertyojlarının motivləri üzrə hazırlanmış naxışları həkk edilmiş paneldır. Qapı panelləri şəbəkə üslubunda  inkrustasiya ilə bəzədiləcəkdirlər. Bu iş üçün qiymətli ağac növləri ilə yanaşı, karbondan və «royal lakı» üslubunda örtüyə malik olan parlaq şpondan da istifadə ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Arxa oturacaqlar ilk Ghost modeli olan 1907-ci ilin Silver Ghost avtomobilinin oturacaqlarının detallarının motivlərinə uyğun tikmə naxışlarla bəzədiləcəkdir. Uzun bazalı avtomobillərdə isə, bu naxışlar Spirit of Ecstasy heykəlciyinin siluetinə də transformasiya olacaqdırlar. Sedanların tavanı əllə hörülmüş 1340 ədəd işıq liflərindən ibarət olan «ulduzlu səma» ilə bəzədiləcəkdir. Kuzov və salon üçün üç ikirəngli tərtibat variantı təklif olunacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Nəhayət, Zenith seriyasından olan hər bir Ghost modeli 200EX konseptinin bir hissəciyinə sahib olacaqdır. Sedanların hər birinin mərkəzi konsolunda konseptin Spirit of Ecstasy heykəlciyindən hazırlanmış xatirə lövhəciyi quraşdıracaqlar. Həmin lövhədə Ghost modelinin silueti, heykəlciyin bönövrəsində isə kolleksiyanın adı həkk ediləcəkdir.

İstehsalçı final seriyasından olan avtomobillərə sifariş artıq qəbul edildiyini və yaxın zamanda qəbulun dayandıralacağını bildirib. Rolls-Royce Ghost modelinin yeni nəsli gələn il təqdim ediləcəkdir.