İngiltərədəki Mançester şəhəri və metropoliteni Rolls-Royce markasının tarixində mühüm rol oynayıb. Rolls-Royce Motor Cars şirkətinin qurucuları Çarlz Rolls və Henri Roys ilk dəfə məhz burada, Midland otelində tanış olublar. Həqiqətən də, Mançesterin markanın formalaşmasına təsiri və şəhərin bugünkü görünüşü, yeganə nüsxədə inşa edilmiş Manchester Ghost sedanının yaradılması üçün başlanğıc nöqtəsi olub.

Avtomobilin inşasına iki il vaxt sərf olunub. Həqiqətən də avtomobilin üzərində diqqəti cəlb edəcək çoxsaylı elementlər var. Məsələn, kuzovun ənənəvi gümüş rəngi coachline vurğu xətti və Mançester şəhərinin simvolu olan arı təsviri ilə zənginləşdirilib. Onlar üçün təkər disklərində və əyləc supportlarında da görünən Turchese adlı firuzəyi çaları seçiblər.

Sedanın salonu Rolls-Royce modellərinə xas olan xüsusi səliqə ilə bəzədilib. Məsələn, ön paneldə, işıqlanan nöqtələrin köməyi ilə gecə Mançesterinin xəritəsi yenidən yaradılıb və buradakı ən böyük nöqtə Midland otelidir. Şirkədən bu konsepsiyanın ilham mənbəyinin 2017-ci ildəki terror hücumundan sonra Toni Uolş tərəfindən yazılmış və bu şəhərin gözəlliyindən bəhs edən “This is the Place” poeması olduğu bildirilib.

Lakin bu, Mançesterə edilən son istinad deyil. Onun bütün əsas görməli yerlərinin adları arxa divana tikilib, tavanda isə qeyri-adi bir naxış var - qrafenin stilizə edilmiş kristal barmaqlığı. Məsələ ondadır ki, bu materialı ilk dəfə Mançester Universitetinin əməkdaşları, rus əsilli alimlər Andrey Geyman və Konstantin Novoselov əldə ediblər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Nəhayət, kandarlardakı ikili MCR kodu Manchesterin qısa addır. Bu, həm də 21 iyun 1948-ci ildə Mançester Universitetində uğurla istifadəyə verilmiş dünyanın ilk proqramlaşdırıla bilən The Manchester Baby elektron kompüterinə istinaddır.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.