Rolls-Royce şampan şərabının aşiqləri üçün xüsusi aksessuar hazırlayıb. Britaniya istehsalçısının bildirdiyinə görə, bu aksessuardan “ən qeyri-adi şəraitlər – superyaxtalardan tutmuş şəxsi rezidensiyalarin terraslarında” istifadə etmək olar. Söhbət xüsusi sandıqdan gedir. Rolls-Royce şirkəti bu sandığı yığan ustaların yüksək məharət və ustalığa sahib olduqlarını xüsusi ilə vurğulayıb.

Şampan sandığının gövdəsi emal edilmiş alüminium və karbondan hazırlanıb. Burada Spirit of Ecstasy həkk edilməyə məkan və Tudor Oak ağacından dekor elementlərini yerləşdirməyə məkan da tapılıbdır. Sandığın qapağından məcməyi kimi istifadə etmək də olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Düyməni basmaqla açılan sandıqda dörd qonaq üçün nəzərdə tutulmuş şampan qədərlərini aşkar etmək olar. Bundan başqa, sandığın mərkəzi bölümündə “V12 mühərrikini xatırladan və büllurdan hazırlanmış” dörd şampan şüşəsi də yerləşdirilib. Hər bir şüşə cilalanmış alüminiumdan hazırlanmış qına malikdir. Sandığın yan bölmələrində qəlyanaltının saxlanması üçün bölmələr də mövcuddur.

Bu aksessuarı Rolls-Royce şirkətinin istənilən diler mərkəzində 37 min funt sterlinqə sifariş etmək olar.