Bu onilliyin sonunda Rolls-Royce markası elektromobillərin istehsalına keçməlidir və dəbdəbəli Britaniya markasının ilk batareylı avtomobili üzərindəki çalışmalar davam edir. İlk dəfə Spectre modelinin sınaq prototipi keçən ilin dekabr ayında casusların obyektivlərinə tuş gəlmişdi, indi isə, parlaq kamuflyajı ilə seçilən elektrik kupesi yenidən sınaqlar zamanı qeydə alınıb.

Örtük avtomobilin kuzovunu tam şəkildə bağlasa da, gələcək elektrokarın dizayn xüsusiyyətlərini tamamilə gizlətmək iqtidarında deyil. Belə ki, elektrikar iri “radiator barmaqlığını” və növbəti nəsil BMW 7 Series sedanının, yenilənmiş X7 modelinin və XM seriya krossoverinin üslubunda ikimərtəbəli işıq texnikasını alacaqdır.

Şaquli arxa fənərlər hələlik doğma kimi görünmürlər, çox güman ki, bu detal hələ seriya görkəmini almayıb. Baqaj bölümündən salona çəkilmiş kabel mühəndislərin elektrik sistemin işini qiymətləndirdiklərindən xəbər verir. Profildən Spectre modeli Wraith kupesini xatırlatsa da, “kapot” daha çox mailliyə, dam xətti ilsə qövsşəkilli formaya malikdir.

Elektrokarın əsasını  Pahntom, Cullinan və Ghost modellərinin inşa edildiyi alüminium platforma təşkil edir, texniki hissə isə, çox güman ki, BMW iX M60 modelindən götürülüb.

Image alt Image alt Image alt Image alt Image alt

Sonuncunun ikimühərrikli güc qurğusu standart rejimdə yalnız 489 at qüvvəli arxa mühərrikdən istifadə edir, 258 at qüvvəli ön mühərrik isə gərək olduqda qoşulur. Güc qurğusunun maksimal hasilatı 619 at qüvvəsi və 1100 Nm təşkil edir. Gediş ehtiyatı WLTP dövrünə əsasən 566 kilometrdir. Lakin amerikan EPA agentliyi bu rəqəmin 450 kilometr olduğunu iddia edir.

Rolls-Royce Spectre kupesinin çatdırılmalarına gələn ilin sonunda başlanmalıdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.