Seat şirkəti təklif etdiyi krossoverlərin sayını artırmaq niyyətindədir. Hazırda ispan istehsalçısı alıcılarına Seat Ateca, Arona və Tarraco modellərini təklif edir. Bu günlərdə Seat şirkətinin daxilindəki mənbələr daha bir krossoverin adının təsdiqləndiyi xəbərini verib.

Bu iş Seat şirkətinin idman yönümlü modellərin buraxılması ilə məşğul olan Cupra bölməsinə tapşırılıb.  Kupeşəkilli krossover Barselona yaxınlığında yerləşən Autodromo de Sitges-Terramar yarış trekinin şərəfinə Terramar adlandırılacaqdır. Terramar adı Seat şirkətinin yeni siyasətinə  tam uyğundur - çünki o ispan coğrafiyasından ilham alır.

Seat şirkəti yeni modelin ölçülərinin Leon modelinə bənzər olacağını təsdiq edib. İspanlar idman xüsusiyyətli kupeyə bənzəyən krossoverin Cupra brendinin fəlsəfəsinə ideal şəkildə uyğun gəldiyini də bildiriblər. Çox güman ki, yeni kupe-krossover ispan markasının model cərgəsində Ateca və Tarraco modellərinin arasında yer alacaqdır.

Digər tərəfdən Terramar modelinin 2015-ci ildə Cenevrə avtosalonunda təqdim edilmiş  Seat 20v20 konseptinə bənzəyəcəyi də bildirilib. Kupe-kross iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışan 300 at qüvvəli 2,0-litrlik turbomühərrik ilə hərəkətə gələcəkdir. Krossoverin hibrid güc qurğusu ilə təchiz ediləcəyi də istisna olunmur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt