Dördqat dünya çempionu Sebastyan Fettel Barselonada keçirilən mövsümöncəsi testlərin ikinci gününün protokoluna başçılıq edib. Qeyd etmək lazımdır ki, test sessiyasının bitməsinə bir saat qalmış avtodromda qar yağmağa başlayıb.

Qərbi Avropada tüğyan edən soyuq siklon ucbatından Barselonada havanın temperaturu müsbət dörd dərəcədən yuxarı qalxmayıb, asfalt isə müsbət 12 dərəcəyə qədər qızıb. Məlumdur ki, belə şəraitin mövcudluğu komandaların işini bir qədər çətinləşdirib. Əsasən də səhər və axşam trekdə işləmək müşkül məsələyə çevrilib. İtirilmiş vaxtı əvəz etmək üçün avtodromu nahar fasiləsinə bağlamaqdan imtina ediblər. Lakin, test sessiyasının bitməsinə bir saat qalmış trekə əsil qar yağmağa başlayıb.

Qeyd etməliyik ki, bu son 10 ildə testlərdə baş verən ilk belə hadisədir. Sonuncu dəfə belə hal 2005-ci ildə Siverstounda baş veribmiş - Renault komandası qar yağması səbəbindən testləri dayandırmalı olub. Bütün problemlərə baxmayaraq, pilotlar birinci gün ilə müqayisədə daha yeyin olublar. Sebastyan Fettel Soft təkərlərində 1,19.673 zamanına imza atıb. Bu nəticə bir il bundan öncə Kimi Rəykkonenin burada göstərdiyi zamandan 1,3 saniyə yeyindir. Fettel gün ərzində 98 dövrə vurub. 

Xatırladaq ki, dünən Daniel Rikkardo 105 dövrə vurmuşdur. Mercedes pilotu Valtteri Bottas alman pilotdan 0,303 saniyə geridə qalaraq ikinci, McLaren pilotu Stoffel Vandorn isə üçüncü olub. Yeri gəlmişkən, səhər trekə Ultrasoft təkərləri ilə çıxan Stoffel uzun müddət testlərə liderlik edib. Doğrudur, o günortadan sonra trekə çıxmayıb və günü 37 dövrə ilə başa vurub.

Dördüncü nəticəni Maks Ferstappen göstərib. Hollandiyalı pilot yanacaq sızması ilə problem yaşamasına başmayaraq 67 dövrə vurmağı bacarıb.

İlk beşliyi Renault komandasının pilotu Karlos Sayns tamamlayıb. O liderdən 1,5 saniyə geridə qalıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt