Hadisələrlə bol Belçika Qran Prisi Ferrari pilotu Sebastyan Fettelin qələbəsi ilə nəticələnib. Bu mövsümdə beşinci qələbəsini əldə edən alman pilot ilk dövrədə rəqibi Lyuis Həmiltonu geridə qoymağı bacarıb. Bundan sonra Sebastyana vəziyyətə nəzarət etmək qalıb.

Pouldan start Alan Həmilton ilk döngədə irəlidə qalsa da, Kemmel düzlüyündə Fettelin hücumunun qarşısını ala bilməyib. Məlumdur ki, Spadakı ilk döngə hər zaman qəzalara səbəb olub. Bu dəfə də istisna olmayıb. Niko Hülkenberqin günahkarı olduğu qəza trekə təhlükəsizlik avtomobilinin çıxmasına səbəb olub.

Nikonun Alonsonun avtomobili ilə toqquşması beş avtomobilin zədələnməsinə səbəb olub: Hülkenberq, Alonso və Lekler yarışı dərhal dayandırıblar. Kimi Rəykkonen ilə Daniel Rikkardo təmirdən sonra yarışı davam etdirsələr də, sonradan avtomobillərinin aldığı xəsarətlər ucbatından yarışı tərk etməli olublar.

Restartdan sonra pilotların düzülüşü dəyişməyib. Racing Poit Force İndia pilotları üçüncü və dördüncü yerdə yarışı davam etdirsələr də, sonradan Maks Ferstappenə keçiliblər. Hollandiyalı podiumun son pilləsinə qalxmağa müvəffəq olub. Valtteri Bottas isə peletonun sonundan dördüncülüyə kimi yüksəlməyə müvəffəq olub. Okon və Peres Race Point komandasına ilk yarışında 18 xal qazandırıblar.

Ən maraqlısı odur ki, Okon ilk dövrədə Həmiltonu keçməyə cəhd göstərib. Lakin, Le-Komb döngəsindən öncə daxili radiusda qalan fransız pilot komanda yoldaşı tərəfindən keçilib. Force İndia pilotlarından sonra Hass komandası da tam tərkibdə finiş görüb - Qrojan yarışı Maqnussenin önündə yeddinci bitirib. İlk onluğu Pyer Qasli və Markus Eriksson tamamlayıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt