Qüvvədə olan dünya çempionu Sebastyen Ojye Meksika Rallisinda inamlı qələbə çalıb. Power Stage bonus mərhələsində qələbə sayəsində Ojye bu mərhələdən maksimum 30 xal yığaraq ayrılıb.

Qeyd etmək lazımdır ki, Meksika Rallisinin ilk iki günündə Ojyenin rəqibləri təkərlərin deşilməsi problemi ilə üzləşsələr də, fransız pilot bu bəladan yaxa qurtara bilib. Rallinin son gününü fransız pilot ayxın rəqibindən 27 saniyə üstünlüklə başlayıb. Onun mövqelərinə təhlükə olmasa da, Ojye son üç xüsusi hissədə tam gücü ilə hücum edib. Güclü pilotaj Citroen pilotuna yaxın rəqibi ilə ara məsafəsini 30 saniyəyə çatdırmağa imkan verib.

Sebastyen Ojye

Son günü ən başlıca hadisəsi liderin təqibçisinin dəyişməsi olub: birinci xüsusi hissədə Toyota pilotu Ott Tyanak Ford pilotu Elfin Evansı keçərək ikinciliyə yüksəlib. Bu hücumu nəticəsində eston pilot çempionatdakı liderliyini qoruyub-saxlayıb. Hazırda Tyanak 65 xalla liderdir, onu 61 xalla Ojye və 55 xalla Nyövil təqib edir.

Belçikalı pilot cümə günü şin deşilməsindən sonra podium uğrunda mübarizə aparmaq şansından məhrum olsa da, dördüncülük onu ən uğurlu Hyundai pilotu edib. Xatırladaq ki, Tyerrinin komanda yoldaşları yarışdan kənar qalıblar və nəticədə finiş protokolunda 9 və 11-ci yerlərdə qərarlaşıblar.

Ott Tyanak

Bazar günü ümumilikdə sakit keçsə də, bir sıra pilotlar problemlərlə üzləşiblər. Məsələn, Yari-Matti Latvala sondan ikinci dopda Toyota avtomobilinin radiatorunu zədələyib və sonuncu xüsusi hissəni muğayatla keçib. O, hər kilometrdə rəqiblərinə 2,5 saniyə uduzub. Detalın təmirinə çəkilən vaxt ucbatından pilot növbəti nəzarət məntəqəsinə gecikib və 40 saniyəlik cəza alıb. Nəticədə, fin pilot yarışı səkkizinci bitirib.

Zavod komandalarının pilotlarından ən aşağı mövqedə yarışı bitirən Sebastyen Ojyenin nkomanda yoldaşı Esapekka Lappi olub – 14-cü yer.

Elfin Evans