Ərəb şeyxlərinin qeyri-adi sifarişləri ilə kimi isə təəccübləndirmək mümkün deyil. Lakin, bu avtomobil bir çoxlarını heyrətləndirə bilər. Dubayda yerləşən firma şeyx Hamad Bin Hamdan Al Nahyan sifarişi ilə beşoxlu Dhabiyan ofrouderini inşa edib.

Avtomobilin uzunluğu 11 metr, çəkisi isə 24 tonndur. Dhabiyan amerikan hərbi Oshkosh M1075 yedəkçisinin bazasında hazırlanıb. Ofrouder 600 at qüvvəsi hasil edən 15,2-litrlik Caterpillar dizaeli ilə hərəkətə gəlir. Avtomobilin ön hissəsi keçən əsrin 40-cı illərinin yük avtomobilindən, kabinası müasir Jeep Wrangler Unlimited modelindən, fənərləri Ford Super Duty, arxa bamperi isə Dodge Dart modelinə götürülüb.