Bu gün internet şəbəkəsində “şutinq-breykə” çevrilmiş Rolls-Royce Wraith kupesinin şəkilləri peyda olub. Yanacaqdoldurma məntəqəsində casuslara yaxalanan dəbdəbəli avtomobil, bir neçə gün əvvəl CocheSpias İnstaqram hesabında videosu yayılmış prototipə bənzəmir.

Image alt Image alt Image alt

Instagram sosial şəbəkəsindəki Wilcoblock hesabının yaydığı şəkillərdəki qırmızı-qəhvəyi universal uzadılmış və arxaya doğu alçalan dam xəttinə, baqaj bölməsinə girişi təmin edən iri qapısı ilə fərqlənir. Kupenin universala çevrilməsi səliqəli şəkildə həyata keçirilib və buna görə də orijinal gövdə panellərinin qeyri-orijinallara keçidi gözə çarpmır. Profildən çəkilmiş şəkildə ikinci cərgənin oturacaqları və onların arxasındakı bir neçə çantanın yerləşəcəyi bölmə diqqəti çəkir.