Klassik Porsche sportkarlarının bahalı replikalarını buraxan Singer Vehicle Design atelyesi saat biznesinə daxil olmuşdur. Şirkət İsveçrədə istehsal edilən Track 1 xronoqrafını təqdim etmişdir. İsveçrədə bu saat 39,8 min franka satılır.

Xronoqraf Cenevrədə yerləşən Jean-Marc Wiederrecht ailəvi manufakturası tərəfindən hazırlanmışdır. Bu 43-millimetrlik titan gövəsi və Agenhor firmasının istehsalı olan AgenGraphe mexanizmi ilə təchiz edilmişdir.  Track 1 dünyada bu növ mexanizmə malik olan ikinci seriya saatıdır. Adi xronoqraflar 12-dən 24 saata qədər saydıqları halda bu xronoqraf 60 saatı ölçə bilər. Onun gediş ehtiyatı da 60 saat, suya davamlılığı isə 100 metrdir. Track 1 saatının siferblatının mərkəzi hissəsini xronoqraf tutur. Adi vaxt üçün isə iki xarici disk nəzərdə tutulmuşdur ki, vaxtı da altı rəqəmi zonasında yerləşdirilmiş xüsusi cizgi göstərir.

Cəmi 50 ədəd Track 1 modeli istehsal ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt