Bir müddət bundan öncə, Skoda markası Enyaq adlı elektrik krossoverini buraxacağını bəyan etmişdi. Bu günlərdə yeni elektrokarın cüzi kamiflyaja malik olan prototipi cəsuslara rast gəlib. Ən maraqlısı isə, prototipin seriya kuzovuna malik olmasıdır ki, bu da bizə yeni elektrokatın ölçüləri və nisbətləri haqqında nəticə çıxarmağa imkan verir. Skoda elektrokrossoverinin təqdimatı 2020-ci ilin sonuna qədər keçirilməlidir.

Qapıların xarakterik formasını, alın şüşəsinin maillik bucağını və şüşələnmənin haşiyəsini nəzərə alsaq, Enyaq modelinin eyni platformada inşa edildiyi Volkswagen ID.4 krossoverinin üzünün dəyişdirilmiş versiyasının olacağını söyləmək olar. Krossoverlər eyni batareyalar və güc qurğuları da daxil olmaqla ortaq texniki hissəyə sahib olacaqdırlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Volkswagen ID.4 modelinin üst versiyası 306 at qüvvəsinə malik olan ikimühərrikli güc qurğusu, tam ötürmə və 83 kilovat-saat tutumu olan litium-ion batareya ilə təchiz ediləcəkdir. Belə modifikasiyanın yürüş ehtiyatı 500 kilometr təşkil edəcəkdir. Daha sadə versiya 204 at qüvvəsi hasil edən elektrik mühərriki və daha az tutuma malik olan batareya ilə təklif ediləcəkdir. Bənzər xüsusiyyətləri Skoda Enyaq krossoverindən də gözləmək olar.

Skoda Enyaq modelinin debütü payızda keçirilməsi ehtimalı yüksəkdir. Elektrokarın satışalrına 2021-ci ilin əvvəlində başlana bilər.