Saytımızı izləyənlər və ümumiyyətlə avtomobil aləmi ilə maraqlananlar son həftə ərzində Skoda şirkəti əsl tizer bombardımanı həyata keçirdiyindən xəbərdardılar. Çex istehsalçısı kütlənin diqqətini Kodiaq vRS krossoverinə yönəltməyə çalışırdı. Məlumdur ki, yeni “qaynar” krossover sabah işinə başlayacaq Paris avtosalonunda debüt edəcəkdir.

Xatırlayırsınızsa, dərc edilmiş tizerlərdə avtomobilin müəyyən eksteryer və interyer elementləri nümayiş etdirilirdi. Bu gün isə, bütün bunlara son qoyulub – nəhayət ki, yeni “qaynar” krossoverin şəkilləri dərc edilibdir. Çex markasının ən bahalı modellərindən biri olacaq Skoda Kodiaq vRS modeli 240 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən iki turbokompressorlu 2,0-litrlik TDI mühərriki ilə təchiz edilir. Dizel aqreqatı ilə tandemdə yeddi pilləli DSG “robotu” və arxa oxu qoşan muftaya malik olan tam çəkiş sistemi çalışır.

Skoda Kodiaq vRS modelinin dinamik xarakteristikaları hələlik açıqlanmayıb. Çox güman ki, “qaynar” krossoverin göstəriciləri eyni mühərrikə və platformaya malik olan VW Tiguan Allspace modelinə yaxın olacaqdır. Sonuncu 100 km/saat həddinə sürətlənməyə 5,3 saniyə sərf edir və 228 km/saat maksimal sürətə malikdir.

“Qaynar” krossoverin kuzovu bu model ilə birlikdə debüt edəcək opsional mavi Race Blue rənginə boyanır. Kodiaq RS modeli standart olaraq 20-düymlük təkər diskləri və 17-düymlük güclü əyləc mexanizmləri, virtual cihazlar paneli, idman oturacaqları, xüsusi sükan çarxı, həmçinin sürücü və sərnişində aqressiv mühərrik səsi təəssüratı yaradan  Dynamic Sound Boost  səs sistemi ilə təchiz ediləcəkdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt