Skoda şirkəti yeni nəsil Octavia Combi Scout modelini təqdim edib. Yolsuzluq üçün hazırlanmış universal yalnız tam ötürməli deyil, həm də ön ötürməli modifikasiyasında təklif ediləcəkdir. Scout modifikasiyası adi universaldan 15 millimetr artırılmış klirensi və plastikdən hazırlanmış kuzovun mudafiə qurşağı ilə fərqlənir.

Dördüncü nəsil Octavia Combi Scout modeli 19-düymlük təkər disklərini, pedal örtmələrini və opsional matrisa fənərlərini əldə edib. Bundan əlavə, Scout universalı sələfindən 16 milimetr uzun (4703 millimetr) və 15 millimetr daha genişdir (1829 millimetr). Nəticədə, salondakı sərbəst məkan artmış, baqaj bölümünün  həcmi isə 640 litrə (+30 litr) çatmışdır.

Image alt Image alt Image alt Image alt Image alt

Modelin mühərrik çeşidinə 115, 150 və 200 at qüvvəli 2,0-litrlik dizel mühərrikləri, habelə 150 və 190 at qüvvəli 2,0-litrlik benzin aqreqatları daxil edilib. Alternativ olaraq, yeddi pilləli “robot” ilə tandemdə çalışan 1,5-litrlik e-TEC mülayim hibrid güc qurğusu da təklif edilir.

Yeni model haqqında ətraflı məlumat və onun satışlarının başlanması tarixi iyul ayının əvvəlində açıqlanacadır.