Skoda şirkəti, Skoda Acadamy texniki məktəbinin 20 tələbəsindən ibarət bir qrup tərəfindən inşa ediləcək yeddinci konseptin dizayn eskizini təqdim edib. Keçən il Kodiak krossoverinin bazasında yaradılan Mountiaq pikapından sonra, tələbələr Scala hetçbekini rodsterə çevirmək niyyətindədirlər.

Skoda Scala rodsterimin inşası bir neçə ay çəkəcəkdir və buna görə də, tələbələr hazır avtomobili iyun ayının əvvəlində göstərməyi planlaşdırırlar. Bütün bu müddət ərzində 20 tələbədən ibarət bir qrupa markanın dizayn mərkəzinin əməkdaşları, o cümlədən Skoda şirkətinin baş stilisti Oliver Stefani, həmçinin mühəndislik və məhsul şöbələrində çalışanlar kömək edəcəklər.

Hələlik isə, layihə yalnız eskizlərdə mövcuddur, lakin şirkət artıq onu "təsir edici" adlandırırlar. Görüntülərə görə, Scala hetçbeki dam və arxa qapılardan məhrum olacaq, lakin iki hava yönləndiricisinə və səsboğucu sistemin arxa bamperin mərkəzində quraşdırılmış altıbucaqlı çıxış ucluğunu əldə edəcəkdir. İşlərin bununla bitəcəyini sanmayın, yəqin ki, inşa müddətində rodster yeni kuzov dəstinə, təkər disklərinə və digər daxili dekora sahib olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Keçən il Skoda Academy texniki məktəbinin tələbələri Mountiaq pikapını hazırlamışdılar. Layihənin həyata keçirilməsinə ümumilikdə səkkiz ay vaxt sərf edilib. Tələbələr krossoverin pikapa çevrilməsinə kuzovun gücləndirilməsindən, damın sökülməsindən və şüşələrlə yanaşı kabinənin yeni arxa panelinin yaradılması ilə başlamışdılar. Pikapın klirensi adi Kodiaq ilə müqayisədə 10 santimetr artaraq 29 santimetr təşkil edib. 17-düymlük Rockstar II təkər disklərinin quraşdırılması sayəsində avtomobilin təkər izi üç santimetr artırılmışdı.

Skoda texniki peşə məktəbinin tələbələrinin hazırladıqları avtomobilləri arasında Karoq kross-kabrioleti, iki nəfərlik Citigo, Fabia pikapı, kupeşəkilli Rapid Spaceback və elektrikli Citigo baqqisi vardır.