Artıq məlumdur ki, cari ilin 6 dekabr tarixində Skoda şirkəti yeni Scala modelini təqdim edəcəkdir. Rapid və Rapid Spaceback modellərini əvəz edəcək hetçbekin təqdimatı İsraildə, Tel-Əviv şəhərində keçiriləcəkdir. Təqdimat öncəsi modelə olan marağı artırmaq üçün, çex istehsalçısı yeni hetçbekin interyer dizaynını əks etdirən eskizi paylaşıb. Təsvirdən göründüyü kimi,hetçbek 10,25-düymlük virtual cihazlar paneli ilə yanaşı, multimedia sisteminin 9,2-düymlük sensorlu ekranına da malik olacaqdır.

Belə ki, MQB A0 modul platformasında inşa edilmiş Skoda Scala sinifində ən praktik və geniş modellərdən biri olacaqdır. Belə ki, hetçbek arxa sərnişinlərin ayaq zonasında 73 millimetrlik məkan təklif edəcəkdir. Bu göstərici Octavia modelində olduğu ilə eynidir. Bundan başqa, dirsəklər zonasında genişlik 1425 millimetr, salonun arxa hissəsinin hündürlüyü isə 982 millimetr təşkil edəcəkdir.

Image alt Image alt Image alt

Müqayisə üçün daha iri Skoda Octavia modelində bu göstəricilər müvafiq olaraq 1449 və 980 millimetrdir. Scala modeli 467 litrlik baqaj bölümünə malik olacaqdır. İkinci cərgənin qatlanması halında bu rəqəm 1410 litrə çatacaqdır.

Əlbəttə ki, yeni hetçbek müasir texnologiyalar ilə də təchiz ediləcəkdir.  Scala modeli işıqdiodlarından  fənərlərə malik olacaqdır. Arxa fənərlər dinamik dönmə işıqlarına sahib olacaqdır. Bundan başqa, hetçbek təchizatına elektrik ötürməsi ilə irəli çıxan yedək qarmağı, sürücü qapısına quraşdırılmış çətir və yanacaq çəninin qapağına qoyulan buz təmizləyən daxil ediləcəkdir.

Ən əsası isə Skoda modelin mühərrik çeşidinə beş güc aqreqatının daxil ediləcəyini bildirib.  Mühərriklər 90 -150 at qüvvəsi arasındakı güc diapazonuna malik olacaqdır.