Skoda şirkəti Vision iV konseptinin yeni interyer eksizlərini dərc edərək, onun arxitektirasının xüsusiyyətləri barədə məlumat verib. MEB modul platformasında inşa edilmiş konsept Cenevrə avtosalonunda debüt edəcəkdir.

Təsvirdən göründüyü kimi, konseptin ön paneli ili müxtəlif ölçülü bölmədən ibarətdir. Ön panelin üzərində rəqəmsal cihazlar paneli və məlumat-əyləncə sisteminin displeyi quraşdırılıb. İki mili olan sükan çarxının üzərində isə ənənəvi loqotipin əvəzinə markanın adı həkk olunub. Sürücü və sərnişin oturacaqlarının arasaında isə smartfonların naqilsiz doldurulması sistemi yerləşib.

Image alt Image alt Image alt

Ön panelin forması və dekoru Skoda Vision iV konseptinin eksteryer dizaynı ilə uyğunluq daşıyır. Konseptin əsas seçilən cəhəti isə kozivun eni boyu uzanan işıqlanan zolaqdır. Artıq bu element bütün çex elektrokarlarının tanınan cəhəti olmalıdır.