Nüfuzlu Skytrax şirkəti Heydər Əliyev adına Beynəlxalq Hava Limanını mükafatlandırarkən, dünyanın ən yaxşı hava limanlarının adına da aydınlıq gətirib. 100 müxtəlif millətdən olan 15 milyondan çox insan sorğuya cəlb edilib və onlardan 500 aeroport barədə soruşulub.

İlk yerin sahibi heç kimə təəccüblü gəlməyib - Sinqapurun Changi Hava Limanı 1999-cu ildən bəri tərtib edilən reytinqdə ardıcıl 8-ci, ümumilikdə isə 11-ci dəfə ilk yerin sahibi olub. 24 saat fasiləsiz xidmət göstərən hava limanının 2 böyük film salonu, məşhur "Kəpənək bağçası", 8 müxtəlif yaşıllıqlarla zəngin bağçası və 3 spa mərkəzi sərnişinlərə uçuşdan əvvəl unudulmaz istirahət imkanı verir. Ən yuxarı mərtəbədə yerləşən hovuz da müştərilərə daima açıqdır.

2017-ci ildə açılışı olan 4-cü terminalı dünyanın ən yüksək texnologiyalı terminalı hesab olunur. Yaxın vaxtlarda açılması gözlənilən yeni terminalda isə dünyanın ən böyük qapalı şəlaləsi olacaq. Changi ilə müqayisə olunacaq hava limanı olmasa da, reytinqdə bəzi dəyişikliklər baş verib. Tokiodakı Haneda hava limanı ikinci yerə yüksələrkən, son illərdə sürətlə irəliləyən Dohadakı Hamad Hava Limanı ilk üçlüyü tamamlayıb.

İlk onluq belədir:

1. Changi Hava Limanı (Sinqapur)

2. Haneda Beynəlxalq Hava Limanı (Yaponiya)

3. Hamad Beynəlxalq Hava Limanı (Qətər)

4. Incheon Beynəlxalq Hava Limanı (C. Koreya)

5. Münhen Beynəlxalq Hava Limanı (Almaniya)

6. Hong Kong Beynəlxalq Hava Limanı (Honq Konq)

7. Narita Beynəlxalq Hava Limanı (Yaponiya)

8. Central Japan Beynəlxalq Hava Limanı (Yaponiya)

9. Amsterdam Schiphol Hava Limanı (Niderland)

10. Kansai Beynəlxalq Hava Limanı (Yaponiya)

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt