Dünən Şpilberqdə keçirilmiş birinci yarış maraqlı sonluqla başa çatıb. Sonuncu dövrəyə dördüncü başlayan Audi pilotu Rene Rast yarışı birinci bitirib. Ümumiyyətlə, podium tamamilə Audi pilotlarından ibarət olub.

Qüvvədə olan dünya çempionu Nürbürqrinqdəki iki poul və qələbəsindən sonra üçüncü dəfə ardıcıl olaraq qələbə qazanıb. Lakin, podiumda alman pilot Nüburqrinqdə olduğu qədər sevincli deyildi. Bunun səbəbi qələbənin yarışa liderlik edən Daniel Hunkadelyanın cəzası və komanda yoldaşları Niko Müller və Mayk Rokenfellerin köməyi sayəsində əldə olunması idi. 

Əslində Mercedes komandasının ispan pilotu möhtəşəm start alaraq yarışa böyük üstünlüklə liderlik edirdi və öz mövqeyini yalnız bir dəfə Mayk Rokenfellerə təhvil vermişdi. Mayk da yarışa yaxşı başlayaraq Danieli keçməyə müvəffəq olmuşdu. Lakin, sonradan Hunkadella onu keçib liderliyini geri qaytarmışdır. 

Yarışın ən gərgin anları Timo Qlokun BMW M4 DTM siluetini kənara çəkməsi ilə başladı. Yarışın rəhbərliyi Timonun avtomobilinin təxliyə edilməsi üçün təhlükəsizlik avtomobilini trekə buraxdı.

Robin Fryinsin qəzasından sonra restart adi qaydada verilsə də, təhlükəsizlik avtomobilinin ikinci çıxışından sonra restartı «Indy sistemi» üslubunda vermək qərarı alındı.

Bu zaman pilotlar cütülüklər olaraq düzülür və yarışa yenidən başlayırlar. Bu nəinki Hunkadellanın böyük üstünlüyünü ləğv etmiş oldu, üstəlik ispan pilot restarda qaydaları pozaraq cəzalandırılmış oldu.

Bunü görən ikinci və üçüncü yerdə yarışı davam etdirən Mayk Rokenfeller və Niko Müller Rastı irəli buraxaraq onun qələbə çalmasına yardım etdilər. Yarışdan sonrakı mətbuat açıqlamasında Mayk yalnız Renenin çempionluq şansının olduğunu, və bu səbəbdən də komanda yoldaşlarına yarım etməyə hazır olduqlarını bildiriblər. Qeyd etmək lazımdır ki, Şpilberqdə qonaq qismində yarışan Sebastyen Ojye də gec pit-stop sayəsində yarışı 12-ci bitirib. Yarış zamanı o hətta liderliyə də yüksəlməyə imkan tapıb. 

Şpilberqdəki ilk yarışdan sonra pilotlar birinciliyindəki liderliyə 216 xal toplayan Pol di Resta başçılıq edir. Onu 207 xalla Qəri Paffett təqib edir. Üçüncü ardıcıl qələbəsini əldə edən Rast 174 xalla üçüncüdür. Bu gün çempionatın 18-ci yarışı keçirilməlidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt