Bu ilin iyun ayında SsangYong şirkəti müstəqil şəkildə böhrandan çıxmaq üçün hazırladığı yeni strategiyanı dərc etmişdi. Eyni zamanda, istehsalçı J100 kod adlı elektrik krossoverini də buraxacağını bəyan etmişdi. Bu gün şirkəti daha bir layihəni təqdim edib: bu, SsangYong X200 adlandırılmış ofrouderdir.

Bununla birlikdə, Koreya istehsalçısı yeni model haqqında və ən əsası onun təchiz ediləcəyi güc qurğusu barədə heç bir məlumat verməyib. Əlbəttə ki, yeni strategiya tamamilə elektrik ötürməsinə keçidi nəzərdə tutduğundan, başqa varianta yer qalmır.

Image alt Image alt Image alt

Böyük ehtimalla, J100 və X200 modellərinin eskizləri SsangYong markasının yeni firma dizayn üslubu barədə təsəvvür yaratmaq vəzifəsini daşıyırlar. Yeni firma üslubu Powered by Toughness adlanır və retromotivlərə əsaslanır.

Yeni dizayn üslubunda 90-cı illərin Musso və Korando modellərinin tanış cizgilərini də görmək olar. Yeni üslubun hazırlanmasına markanın şef-dizayner Li Kanqın başçılıq etdiyi dizyanerlər komandası cavabdehdir. Keçmişin əsl ofrouderlərini xatırladan brutal dizayn yeni SsangYonq modellərini fərqli cəhəti olmalıdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.