SsangYong şirkəti təqdim etməyə hazırlaşdığı yeni modelin ilk tizerlərini dərc edib. Vətənində Korando adı ilə satılacaq yığcam krossover, digər bazarlarda C300 adı ilə tanınacaqdır.

C sinifindən olan C300 kod adlı krossover C200 layihəsinin birbaşa əvəzidir. Bu model bizim bazarda Actyon adı ilə tanınsa da, digər bazarlarda Korando adı ilə satılır. Avtomobil 2010-cu ildən buraxılır. Yeni Korando modelinin xarici görkəmi yeni Viewtiful firma üslubunda hazırlanıb. Bu dizaynın xarakterik elıementləri effekti şəkildə mailliyə malik olan və vizaul olaraq damdan ayrılmış arxa dayaq, çıxıntılı yan hissələr və gümüşü zolarqlarla vizual olaraq birləşmiş işıq texnikasıdır.

4,5 metrlik qabarit uzunluğuna malik olacaq krossover SsangYong markasının hazırki sahibi Mahindra&Mahindra şirkəti ilə birlikdə yaradılıb. Şayiələrə görə, krossover Tivoli modelindən alınmış 1,6-litrlik turbodizel və tamamilə yeni, birbaşa çiləməli 1,5-litrlik benzin mühərriki, həmçinin hibrid güc qurğusu ilə təchiz ediləcəkdir. Şirkət rəhbərliyi yeni modeli Amerika bazarına çıxarmaq planını da nəzərdən keçirir.