SsangYong şirkəti Rexton ofrouderinin yeni nəslini təqdim edib. Avtomobil istehsalçısı modeli dördüncü nəslə aid etsə də, daxili və xarici hissələrdə dəyişikliklər nöqtə xarakteri daşıyır, konstruktiv dəyişikliklər isə transmissiyanın və sükan mexanizminin dəyişdirilməsindən və mühərrikin gücləndiricisi ilə məhdudlaşıb. SsangYong Rexton modelini kütləvi təqdimat mərasimi 4 noyabr tarixində baş tutacaqdır.

SsangYong Rexton modelinin eksteryerində baş verən dəyişikliklər yeni bamperlərdən, tamamilə LED işıq texnikasından, iri hüceyrələri olan səkkizguşəli radiator barmaqlığından və fərqli dizayna malik olan təkər disklərindən ibarətdir. Yeni ofrouderin fənərləri proyeksiya tiplidir, arxa fənərlər isə T-şəkilli naxışlara malikdirlər.

SsangYong stilistləri yolsuzluq avtomobilinə dəbdə olan səsboğucu sistemin yalançı çıxış borularını əlavə ediblər, bir-birlərinə bağlanan üç halqadan ibarət olan köhnə loqotipə qayıdıblar, habelə fərdiləşdirmə imkanlarını genişləndiriblər - artıq zavoddan tündləşririlmiş optikası, tünd xromdan eksteryer elementləri və beş cütlənmiş qolları olan xüsusi 20-düymlük antrasit rəngli təkər disklərini sifariş etmək olar. Ofrouder profildən dəyişməyib - kuzovun ştamplanmış elementləri əvvəlki kimidir.

İnsayderlərin fərziyyələrinin əksinə olaraq, Rexton modelinin mühərrik çeşidi genişləndirilməyib: ofrouder əvvəlki kimi 2,2-litrlik turbodizel və 2,0-litrlik dördsilindrli turbomühərriki ilə təklif edilir. Bununla belə, turbodizelin gücü 15 at qüvvəsi artaraq 202 at qüvvəsinə bərabər olub. Yeddi pilləli "avtomat" 8-pilləli transmissiya ilə əvəz edilib. 2,0-litrlik benzin mühərrik isə, əvvəlki 6-pilləli Aisin avtomatik transmissiyası ilə tandemdə çalışır.

Digər bir yenilik hidravlik sükan gücləndiricisinin elektrik gücləndiricisi ilə əvəzlənməsidir. Digər dəyişikliklər barədə məlumat verilməyib: Rexton əvvəlki kimi arxa ötürmə, sərt şəkildə birləşdirilən ön ox və azaldıcı pillə ilə təchiz olunmuş ramalı ofrouderdir.

Salondakı dəyişikliklər cüzi xarakter daşıyır: burada 12,3-düymlük rəqəmsal cihazlar paneli, dördqollu çoxfunksiyalı sükan çarxı, transmissiyanın qeydə alınmayan coystiki və qadcetlərin simsiz doldurulması üçün nəzərdə tutulmuş meydançanı görmək olar. Multimedia sisteminin ekranın diaqonalının 9,2-dən 9 düymə enməsinə baxmayaraq, sistemin aparat hissəsinin tamamilə yeni olduğu iddia edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

İnteryer müxtəlif çalarlarda dəri ilə işlənə bilər, lakin tünd dəri ilə zamşanın birləşməsi xüsusi Black versiyasının müstəsna hüququdur. İkinci sıra oturacaqlarının elektriklə tənizmlənir və onların kürək hissəsi üfüqi olaraq 139 dərəcəyə qədər açıla bilər. Aktiv təhlükəsizlik sistemləri kompleksinə adaptiv kruiz-kontrol, toqquşmaların qarşını alan sistem, zolağa və kor zonalara nəzarət sistemləri daxildir.

Yeni SsangYong Rexton modelinin kütləvi təqdimatı 4 noyabrda Seulda keçiriləcək avtosalonda baş tutmalıdır. Yeni modelin Cənubi Koreyadakı satış qiyməti 37 milyon vondan başlayır.