Alman B/14 Film kinostudiyası cari ilin sonunda Mixael Şumaxer haqqında çəkdiyi sənədli filmi nümayiş etdirəcəkdir. Bu filmə 2013-cü ildə baş vermiş faciəvi hadisədən sonra çəkilmiş materiallar da daxil ediləcəkdir. Tamaşaçılar əfsanəvi pilotun 50 illik yubileynin bayram edilməsini də seyr edə biləcəkdirlər.

Motorsport Magazine nəşrinin məlumatlarına görə, filmdə Şumaxerin yarış karyerası barədə danışılacaqdır. Filmdə onun Jordan komandasındakı debütü, Benetton-Ford, Ferrari və Mercedes komandalarındakı çıxışları barədə səhnələr də yer alıb. «Şumaxer» kod adlı filmin debütü Mixaelin Formula 1 seriyasında ilk çempion titulunu əldə etməsinin 25 illik yubileyinə həsr ediləcəkdir. Filmdə Şumaxerin həyat yoldaşı Korinna və övladları Cinna-Mariya və Mik ilə müsahibələr də yer alıb.

Xatırladaq ki, 2013-cü ildə Mixael Şumaxer Meribel dağ-xizək kurortunda xizək sürərkən yıxılıb və başı qayaya dəyib. Pilotun aldığı zədə o qədər ağır olub ki, onu nəql edən helikopter idmançını ciyərlərin süni havalandırması aparatına qoşmaq üçün məcburi eniş etməli olub. Pilot bir neçə əməliyyat keçirib və süni komaya salınıb. 2014-cü ildə Şumaxeri xəstəxanadan çıxarılıb və ailəsi onu İsveçrədəki evlərinə gətirib. Son məlumata görə, Şumaxer fizioterapevtik müalicədən keçir və artıq çarpayıya bağlı deyil.