Bir çoxlarımız maşın almaq istədikdə, onun şüşə tavana sahib olub-olmamasına diqqət yetiririk, maşının bununla təchiz olunması üçün əlavə ödəniş edirik. Bəs nəyə görə biz təyyarələrdə bunu görmürük? Gündüzlər sərnişinləri narahat etməyəcək şəkildə günəş işığını göyərtəyə keçirən, gecələr isə onlara əvəzolunmaz səma tamaşası bəxş edə biləcək şəffaf tavan nəyə görə yoxdur? Sunroof tavanlar reallığa çevrilməsi mümkün olmayan xəyaldır? Gəlin bu məsələni bir qədər araşdıraq.

Əgər sərnişin təyyarələrini diqqətlə araşdırsaq görərik ki, pəncərələr getdikcə böyüdülür. Təbii ki, modeldən modelə fərq var. Məsələn, 70-ci illərin istehsalı olan səsdən 2 dəfə sürətli Concordun pəncərələri əl böyüklüyündə idi. Müasir DreamLiner-ın pəncərə ölçüləri isə haradasa elə baqaja təqdim etdiyimiz yükümüz böyüklüyündədur - 27x47 sm. Boeing bu modeli digər təyyarələrinkindən 30% böyük pəncələrərlə təchiz edib ki, bu da həm göyərtədən çölü daha yaxşı görməyə, həm də içəri daxil olan işıq miqdarının artmasına kömək edir.

Aparılan araşdırmalar həm də onu göstərir ki, pəncərələr nə qədər böyük olsa, insanlar təyyarəyə bir o qədər çox güvənirlər. Buna görə də, pəncərələrin böyüdülməsi istiqamətində yeni ideyalar üzərində hər zaman iş gedir. Lakin bu, çox həssas məsələdir və adi ölçü fərqi çox böyük dəyişikliklər tələb edir.Pəncərə ölçüləri təyyarənin struktur bütövlüyünə uyğun olmalıdır. Şüşə tavanla bağlı tərəddüdlər və sual işarələri də elə buradan başlayır.

Onları həddən artıq böyük etmək gövdəni zəiflədən amildir və ölçülər dəyişdirilərkən buna diqqət etmək lazımdır. Gövdənin yuxarı hissəsininşüşə olması isə içərinin təzyiqli hava ilə təmin edilməsini daha da çətinləşdirər. Çünki əslində təyyarə səmada hava ilə doldurulmuş bir balon kimidir. Çünki göyərtə 1800-2400 metr yüksəklikdəkinə uyğun hava ilə təzyiqləndirilir.

Daha böyük pəncərələr daha böyük çərçivələr tələb edir, bu da öz növbəsində, təyyarəni ağırlaşdırır. Bu da öz növbəsində həm sərfiyyatı, həm də havanın kirləndirilməsini artırır ki, bunlar müasir təyyarələrin hazırlanmasında əsas götürülən prinsiplərə tamamilə ziddir.

Qırıcı təyyarələrdəki şüşə tavan (kanopi) sərnişin təyyarələri üçün bir ilham mənbəyidir. Hazırda belə sərnişin təyyarələri olmasa da, bir neçə konsept mövcuddur. Bunların arasında da ən çox diqqət çəkənlərdən biri Windspeed Sky Deck adlı firmaya aiddir. Bu konsept ümumi şüşə tavanə nəzərdə tutmur, müəyyən sayda sərnişin üçün ayrı-ayrılıqda şüşə çıxıntılardan bəhs edir. Bunların gövdəyə asanlıqla yerləşdirilməsinin mümkün olduğu deyilir, lakin hələ ki, reallaşdırmaq üçün irəli atılan olmayıb.

Emirates 1 apreldə etdiyi paylaşımda insanları həyəcanlandırmağı bacarıb. Belə ki, şirkət təhvil alacağı Boeing 777X modellərinin arxa hissəsində bir bölümün belə bir tavana sahib olacağını bildirib. Ümid edirik ki, bu, ərəblərin 1 aprel zarafatı deyil və bir çoxlarının bu bahalı arzusu bir gün reallaşar.