30 ildir ki, TechArt tüninq atelyesinin mütəxəssisləri Porsche avtomobillərinin məhsuldarlığını və xarici görkəmini yaxşılaşdırmaqla məşğuldurlar. Atelye mütəxəssislərinin son nailiyyəti Porsche Panamera Sport Turismo modeli üçün hazırladığı Grand GT tüninq proqramıdır.

Əlbəttə ki, atelye mütəxəssisləri Panamera Sport Turismo modeli üçün karbondan hazırlanmış geniş ölçülü aerodinamik kuzov dəstini də təklif edirlər. Üstəlik, avtomobilə daha aqressiv görkəm bəxş etmək üçün onu klirensi azaldımış asqı və 22-düymlük Formula IV təkər diskləri, həmçinin səsboğucu sistemin çıxış borularının karbon ucluqları təchiz etmək təklif olunur.

Sportkarın interyerinə gəldikdə isə, tüner salonu rəngli naxışları olan tünd-qəhvəyi Nappa dərisi ilə örtüblər. Qeyd etmək gərəkdir ki, salonda dəri ilə örtülməyən element demək olar ki qalmayıb - qapı panelindən tutumuş ön panelə, ayaqlatılardan tutumuş mərkəzi tonelə qədər hər bir detal dəri ilə üzlənibdir. Əlbətttə ki, firma sükan çarxını da quraşdırmaq yaddan çıxmayıb.

Atelye mühəndisləri avtomobilin mühərriki üzərində də çalışıblar. Yeni proqram təminatına və titandan hazırlanmış buraxılış sisteminə malik olan 4,0-litrlik səkkiz silindrli mühərrikin gücü 500 at qüvvəsindən 640 at qüvvəsinə, fırlanma anı isə 768 Nm-dən 900 Nm-ə qədər artırılıbdır. Nəticədə Panamera Sport Turismo Grand GT 100 km/saat həddini 3,4 saniyəyə, 200 km/saat həddini isə 8,3 saniyəyə toplayır. 

Adətən alman tüninq atelyesi Cenevrədəki PalExpo sərgi kompleksində avtomobillər ilə bol olan və ziyarətçilərdə geniş maraq oyandıran stendlə çıxış edir. Bu ilki stend də istisna olmayacaqdır. TechArt tüninq atelyesi Porsche Panamera Sport Turismo Grand GT universalı ilə yanaşı təkmilləşdirilmiş Porsche 911 GT3, Porsche 911 R Cabriolet və Porsche Macan modellərini də nümayiş etdirəcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt